Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 mini ötüb

Tokio, 21 fevral , /AJMEDIA/

Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ nəticəsində həlak olanların sayı 42 min 310 nəfərə çatıb.
AJMEDIA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Agentliyin məlumatına görə, indiyədək zəlzələ bölgəsindən 448 mindən çox insan təxliyə olunub.
Kahramanmaraş və Hatay zəlzələlərindən sonra 7 min 242 afterşok qeydə alınıb.
Xatırladaq ki, fevralın 20-də Hatayda baş verən 6,4 bal gücündə daha bir zəlzələ nəticəsində altı nəfər həyatını itirib, 18-i ağır olmaqla, 294 nəfər yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts