Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Tokio, 25 fevral , /AJMEDIA/

Misir hakimiyyəti Qəzza zolağında qaçqınlar üçün iki xüsusi düşərgə tikməyi planlaşdırır.

AJMEDIA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, Misir hakimiyyəti artıq Qəzzanın cənub hissəsindəki Xan Yunis şəhəri yaxınlığında qaçqınlar üçün düşərgənin tikintisinə başlayıb. Bu düşərgə 4 minə qədər qaçqını qəbul edə biləcək və yaxın bir həftə ərzində tam hazır olacaq.

Daha bir çadır şəhərciyi Der əl-Bəlahın şimalında tikiləcək.

Bildirilib ki, hər iki düşərgə elektrik enerjisi, kanalizasiya sistemi və yaşayış üçün zəruri olan digər infrastrukturla təmin olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts