Azərbaycan ilə Küveyt arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edilib

Tokio, 5 dekabr , /AJMEDIA/

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimovun Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Hayif Əl-Muteyri ilə görüşündə iki dost ölkənin qanunverici orqanları arasında əlaqələrin daha inkişafı məsələləri müzakirə edilib.

Səfirlikdən AJMEDIA-ya bildiriblər ki, görüş əsnasında tərəflər Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. Qeyd olunub ki, əlaqələrin inkişafında parlamentlərin xüsusi rolu var. Bu kontekstdə Küveyt və Azərbaycan parlamentarilərinin qarşılıqlı səfərləri, onların beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı böyük əhəmiyyətə malikdir.

Görüşün sonunda səfir E.Kərimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinə həsr olunmuş, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti haqqında ərəb dilində nəşr olunmuş kitabları Hayif Əl-Muteyriyə təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts