Ərdoğan: G20-nin müqəddəs kitablara qarşı təxribatları qınamasını düzgün hesab edirik

Tokio, 22 noyabr , /AJMEDIA/

Son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi. Bizim də güclü şəkildə dəstəklədiyimiz Afrika Birliyinin daimi üzvlüyü ilə G20-nin təsir dairəsi daha da artdı. Müqəddəs kitabları hədəf alan təxribatların G20 Bəyannaməsində qınanmasını son dərəcə düzgün hesab edirik.

AJMEDIA xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 qrupunun liderlər toplantısında videokonfrans vasitəsilə çıxışı zamanı ifadə edib.

Dünyadakı mövcud geosiyasi gərginlik, beynəlxalq ticarətdəki proteksionizm meyilliliyi, iqlim dəyişikliyi və ekoloji problemlər kimi bir sıra amillər səbəbindən qlobal artımın yavaşlamağa başladığını deyən Ərdoğan inkişafın əsas təməllərindən birinin də cəmiyyətin bütün üzvlərini bu mübarizənin bir hissəsinə çevirmək olduğunu vurğulayıb.

Çıxışı zamanı İsrail-Fələstin qarşıdurmasına toxunan Ərdoğan deyib: “Bütün liderləri israilli-fələstinli, yəhudi-müsəlman-xristian demədən mülki vətəndaşların ölümlərinə eyni reaksiya verməyə dəvət edirəm. Dördgünlük humanitar atəşkəs elan edilməsi, girov və məhkumların məhdud sayda da olsa, mübadiləsinə dair razılaşma müsbət haldır. Ümid edirəm ki, bu addım son nəticədə bizim prioritetimiz olan və ən qısa zamanda bərqərar olmasını gözlədiyimiz daimi atəşkəslə sülhə gətirib çıxaracaq”.

Problemin iki dövlət prinsipi əsasında həllini dəstəklədiklərini bir daha qeyd edən Prezident Ərdoğan bildirib ki, Türkiyə zaminlik də daxil olmaqla, qurulacaq yeni təhlükəsizlik şəraitində digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazırdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts