Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

Tokio, 26 aprel , /AJMEDIA/

Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün tatamiyə çıxacaq.

AJMEDIA xəbər verir ki, yarışın ikinci günündə 73 kiloqram çəkidə Hidayət Heydərov Kestutis Vitkaskas (Litva) / İndrit Kalhac (Albaniya) görüşünün qalibi, Rəşid Məmmədəliyev Darko Topaloviç (Bosniya və Herseqovina) / Coşua Qrin (İrlandiya) görüşünün güclüsü ilə qarşılaşacaq.

81 kiloqramda isə Zelim Tçkayev Nace Herkoviç (Sloveniya) / Maksim Triqub (İrlandiya) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub. Aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts