Prezident İlham Əliyev Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı münasibətilə təbrik edib

Tokio, 11 fevral , /AJMEDIA/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib.

AJMEDIA xəbər verir ki, dövlətimizin başçısı İran Prezidentinə ünvanlandığı məktubda qeyd edib: Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur.

İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir”.

Prezident İlham Əliyev Seyid İbrahim Rəisiyə ən xoş arzularımı çatdırıb, İran xalqına əmin-amanlıq və rifah diləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts