Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Tokio, 24 mart , /AJMEDIA/

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 32 226-ə yüksəlib.

AJMEDIA-nın məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Qəzza zolağında 74 518 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts