Almaniyanın səfiri Türkiyə XİN-ə çağırılıb

Tokio, 27 mart , /AJMEDIA/

Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults terror təşkilatı PKK tərəfdarlarının Hannoverdə törətdiyi təxribatla əlaqədar martın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AJMEDIA Ankaradakı diplomatik mənbələrə istinadla xəbər verir ki, Türkiyə tərəfinin kəskin mənfi mövqeyi həm Almaniyanın rəsmi strukturlarının, həm də bu ölkənin Türkiyədəki diplomatik missiyasının rəhbərinin diqqətinə çatdırılıb.

Türkiyə tərəfi təxribatda iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasını tələb edib.

Bundan əvvəl Türkiyənin Hannoverdəki baş konsulluğunun binasına terror təşkilatı tərəfdarlarının hücumu, onların diplomatik nümayəndəliyin binasına daş atması barədə məlumat yayılıb.

Bənzər təxribat Belçikada da baş verib. PKK tərəfdarları olan bir qrup Türkiyə vətəndaşına hücum ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücum zamanı başından yaralanan vətəndaş Efe Tapmaza şəxsən zəng edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts