Tehranda BEM üzrə sərgi-konfrans keçiriləcək

Tokio, 12 aprel , /AJMEDIA/

27-28 may tarixlərində Tehranda bərpa olunan enerji mənbələri (BEM) üzrə sərgi-konfrans keçiriləcək.

AJMEDIA bu barədə “Iran Renewable Energy Conference” (Iran REC 2024) təşkilatçısına istinadən xəbər verir.

Konfransın məqsədi BEM üzrə nailiyyət və planları, innovasiyaları, energetika və iqtisadiyyatda transformasiyaları müzakirə etməkdir.

Qeyd edək ki, İranın BEM üzrə hədəf göstəricisi 2026-cı ilədək günəş enerjisi (ildə 300-dək günəşli gün), külək enerjisi və geotermal mənbələr hesabına 10 qiqavatt enerjidir.

İran hökuməti quraşdırılmış BEM gücünü 100 qiqavattdan çox artırmağı planlaşdırır.

Konfransda İranın enerji strukturları ilə yanaşı Almaniya Çin nümayəndələri, Ümumdünya Külək Enerjisii Assosiasiyasının vitse-prezidenti Cami Hüseyn, bir sıra Avropa və Asiya Beynəlxalq Təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts