CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Tokio, 26 aprel , /AJMEDIA/

ÇXR Sədri Si Cinpin Pekində ABŞ diplomatiyasının rəhbəri Antoni Blinkenlə görüşüb.

AJMEDIA Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, ÇXR lideri ABŞ Dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaqları Sarayında qəbul edib. Görüşün digər təfərrüatları barədə hələlik məlumat verilmir.

Antoni Blinken bundan öncə Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşmüşdü.

Qeyd edək ki, ABŞ Dövlət katibi aprelin 24-də Çinə işgüzar səfərə gəlib. Səfərə ilk olaraq Şanxaydan başlayan Antoni Blinkenin bu gün Birləşmiş Ştatlara qayıdacağı gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts