Əfqanıstana yardım daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Herata çatıb

Tokio, 26 noyabr , /AJMEDIA/

Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən humanitar yardım materiallarını daşıyan 19-cu “Xeyirxahlıq qatarı” Türkmənistan sərhədindəki Turqundi sərhəd məntəqəsindən keçərək Əfqanıstanın Herat vilayətinə çatıb.

AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, sözügedən yardım Əfqanıstanda minlərlə ailəyə paylanılacaq.

Çadırlar, ədyallar, generatorlar, ərzaq, mətbəx və gigiyena ləvazimatları da daxil olmaqla 500 tondan çox humanitar yardım əsasən Herat əyalətinin zəlzələdən zərər çəkmiş bölgələrinə və Pakistan-Əfqanıstan sərhədi boyunca Pakistandan repatriasiya edilmiş əfqan miqrantlara veriləcək.

Türkiyənin Kabil missiyasının rəhbəri və müvəqqəti işlər vəkili Cenk Ünal Türkiyənin çətin anlarda əfqan xalqının yanında olduğunu və humanitar yardımların bundan sonra da davam edəcəyini qeyd edib.

Taliban administrasiyasını rəsmiləri də sözügedən yardıma görə Türkiyə və onun qurumlarına təşəkkür ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts