Pakistanda yol-nəqliyyat hadisəsi nəticəsində azı 13 nəfər ölüb

Tokio, 11 aprel , /AJMEDIA/

Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda sərnişin avtobusunun yarğana aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə Geo TV məlumat yayıb. Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına – Şah Noorani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub. İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib və nəticədə avtomobil yarğana aşıb.

Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts