Qırğızıstan və Tacikistan sərhəd xəttinin daha 24 kilometrini razılaşdırıb

Tokio, 5 dekabr , /AJMEDIA/

Qırğızıstan və Tacikistan nümayəndələri arasında keçirilən növbəti görüşdə sərhədin daha 24 kilometrlik hissəsinin müəyyənləşməsi barədə razılıq əldə olunub.

AJMEDIA xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“2023-cü il noyabrın 29-dan dekabrın 5-dək Tacikistanın Soqd vilayətinin Buston şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının növbəti iclası baş tutub. Qırğızıstan və Tacikistan dövlət sərhədinin 24,01 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Hazırda Qırğızıstanın Tacikistan istisna olmaqla, bütün qonşu ölkələrlə dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi başa çatıb.

Qırğızıstan-Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 kilometrdir. İki ölkə arasında sərhədlərin delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Hazırda sərhəd xəttinin üçdə ikisindən çoxu müəyyən edilib və qarşılıqlı tanınıb. Lakin məsələnin hələ də tam həllini tapmaması qarşıdurmalara, hətta silahlı toqquşmalara gətirib çıxarır. Bu münaqişələr hər iki tərəfdən yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts