İndoneziyada qatarlar toqquşub: ölən və yaralananlar var

Tokio, 5 yanvar , /AJMEDIA/

İndoneziyada 2 sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

AJMEDIA İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 6:03-də Bandunq şəhəri yaxınlığındakı Sikalenqa stansiyasında baş verib. Qatarlardan biri şəhər mərkəzi ilə şəhərətrafı arasında hərəkət edən, digəri isə Surabaya şəhərindən gələn qatar olub. Ölənlər qatarların maşinistləridirlər.

Hazırda hadisə yerində axtarış işləri və təhqiqat aparılır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts