Qazaxıstanda 2022-ci il iğtişaşlarına görə 1396 nəfər mühakimə edilib

Tokio, 13 yanvar , /AJMEDIA/

Qazaxıstanda 2022-ci ilin yanvarında baş vermiş kütləvi iğtişaşlarla bağlı cinayət işi üzrə 1396 nəfər mühakimə olunub.

AJMEDIA xəbər verir ki, Kazinform agentliyi bu barədə Qazaxıstan Baş Prokurorluğuna istinadla məlumat yayıb. Qurum yanvar hadisələri ilə bağlı istintaq işlərinin davam etdiyini bildirib.

“Hadisələr zamanı 2 min 960 silah oğurlanıb, onların mindən çoxu aşkar edilib, qalanların axtarışı isə davam etdirilir”, – deyə Baş Prokurorluq açıqlayıb.

Cinayət işi ilə əlaqədar dövlətə xəyanət, hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyə cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham olunan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sabiq sədri Kərim Masimov 18 il, Dövlət Təhlükəsizlik Xidməti sədrinin sabiq müavini və Xüsusi Təyinatlı Qüvvələrin rəhbəri Anuar Sadıkulov 16 il, Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavini Daulet Erqojin 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2022-ci il yanvar ayının əvvəlində Qazaxıstanda başlayan etiraz aksiyaları kütləvi iğtişaşlarla nəticələnib. Aksiya iştirakçıları və güc strukturları arasında toqquşmalar baş verib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazçıları dövlət çevrilişinə cəhddə günahlandıraraq kömək üçün KTMT-yə müraciət edib. Yanvarın 7-də vəziyyət tədricən sabitləşməyə başlayıb və yanvarın 19-da ölkə ərazisində fövqəladə vəziyyət rejimi ləğv olunub. Hakimiyyət orqanlarının məlumatına görə, iğtişaşlar nəticəsində 238 nəfər həlak olub, 4 mindən çox insan isə yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts