İraqda binada baş verən yanğında 14 nəfər ölüb

Tokio, 9 dekabr , /AJMEDIA/

Cümə günü gecə İraqda, Ərbil vilayətinin Soran şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.

AJMEDIA Sinxua agentliyinə istinadla xəbər verir ki, Soranın səhiyyə departamentindən verilən açıqlamada “yanğının universitet tələbələri və müəllimlərinin yaşadığı üçüncü və dördüncü mərtəbələrdə baş verdiyi, daha sonra bütün beşmərtəbəli binaya yayıldığı” bildirilib.

Məlumata görə, ilkin araşdırmalar nəticəsində yanğına səbəb qısaqapanma olub. Yanğın mülki müdafiə qrupları və yanğınsöndürənlər tərəfindən söndürülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts