İğdırda “Mübariz” filminin təqdimatı keçirilib

Tokio, 19 fevral , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, İğdırda “Mübariz” filminin təqdimatı keçirilib
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mübariz” tammetrajlı bədii filminin təqdimatı keçirilib.

İğdır Bələdiyyəsinin, İğdır Valiliyinin və Araz İdman və Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat məraisimində filmin yaradıcı heyəti ilə yanaşı, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə İğdır valisinin müavini Abdülkadir Şahin, dərnəyin rəhbəri Serpil Önal, filmin ssenari müəllifi Nicat Əjdər, quruluşçu rejissoru Natiq Novruzov, baş rolun ifaçısı Hüseyn Əliyev çıxış edib.

Qeyd edək ki, Mübariz İbrahimovun həyatından və şücaətindən bəhs edən filmdə xalq artisti Şamil Süleymanov, aktrisa Flora Hüseynova, Mehman İbadov və Riqlay Əlisoy çəkilib. Film 16-17 fevral tarixində İğdır Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən kino zalında nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts