Taliblər Qəndaharda üç İŞID silahlısını öldürüblər

Tokio, 16 Noyabr, /AJMEDIA/

Taliblər Əfqanıstanın Qəndahar şəhərində keçirdikləri əməliyyatın gedişində üç İŞİD silahlısını öldürüblər.

AJMEDIA Əfqanıstan KİV-inə istinadla xəbər verir ki, atışma nəticəsində, həmçinin iki dinc sakin həlak olub. Bu barədə taliblərin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Kari Səid Hosti öz tviter səhifəsində məlumat verib. Onun sözlərinə görə, əməliyyat Qəndahar şəhərindəki xəstəxananın yaxınlığında həyata keçirilib. Taliblər arasında zərər çəkənlərin olmadığı bildirilir.

Aamaj News informasiya agentliyi bazar ertəsi günü səhər saatlarında Kabildə partlayış baş verdiyi barədə də məlumat yayıb. Məlumata əsasən, yol kənarındakı partlayıcı qurğu işə düşüb. Nəticədə iki dinc sakin yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts