Rəcəb Tayyib Ərdoğan: Prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək

Tokio, 1 mart , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini təsdiqləyib.
AJMEDIA xəbər verir ki, Türkiyə Prezidenti müvafiq bəyanatı Böyük Millət Məclisində çıxışı zamanı səsləndirib.
“Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək. Qüsurlarımızı demək, halallıq istəmək bizim səmimiyyətimizin, millətimizlə aramızdakı sevginin ifadəsidir”, – deyə Rəcəb Tayyib Ərdoğan müxalifətin onun və hökumətin ünvanına söylədiyi tənqidlərə cavab olaraq vurğulayıb.
Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra seçkilərin vaxtının dəyişdirilib-dəyişdirilməyəcəyi mövzusu gündəmə gəlmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts