Pakistandakı iğtişaşlarda azı səkkiz nəfər həlak olub

Tokio, 11 may , /AJMEDIA/

Pakistanda sabiq Baş nazir İmran Xanın saxlanılmasından sonra başlayan iğtişaşlar nəticəsində ən azı səkkiz nəfər həlak olub, 290 nəfər isə xəsarət alıb.
AJMEDIA xəbər verir ki, təhlükəsizlik səbəbindən Pəncab, Xeybər-Pahtunhva əyalətlərində, həmçinin İslamabad şəhərində hərbçilərin sayı artırılıb.
İmran Xanın həbsi Pakistanın bir sıra iri şəhərlərində kütləvi etirazlara səbəb olub. Bəzi regionlarında nümayişçilərlə polis arasında şiddətli toqquşmalar qeydə alınıb. Nəticədə administrativ binalara zərər dəyib, İslamabadda polis məntəqələri yandırılıb, Lahor şəhərində Pakistan radiosunun studiyasına, Pişəvərdə isə yaralıları daşıyan təcili tibbi yardım maşınlarına od vurulub.
Xatırladaq ki, Pakistanın sabiq Baş naziri və “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xan iki gün əvvəl İslamabadda həbs olunub. O, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir. İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts