Pakistanda terror aktı nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb

Tokio, 30 noyabr , /AJMEDIA/

Pakistanın cənub-qərbində yerləşən Belucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində baş verən partlayış nəticəsində polis əməkdaşı və azyaşlı uşaq həyatını itirib, daha 24 nəfər yaralanıb.
AJMEDIA Reuters agentliyinə istinadla xəbər verir ki, yaralananlar arasında hüquq-mühafizə orqanlarının 15 əməkdaşı da var.
İlkin məlumatlara görə, terrorçu üzərindəki partlayıcı qurğunu polislərin mühafizəsi altında olan poliomielit peyvəndi mərkəzinin yaxınlığında işə salıb. Partlayışın məsuliyyətini “Taliban”ın Pakistan qanadı (Tehrik-i-Taliban) üzərinə götürüb. Hücum silahlılarla hökumət arasında barışıq başa çatdıqdan sonra baş verib.
Pakistanın hakimiyyət orqanları noyabrın 28-də Pəncab, Sind və Bəlucistan əyalətlərinin 23 regionunda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb.
Pakistanda bir sıra qruplaşmalar poliomielitə qarşı 2020-ci ildən aparılan kütləvi peyvəndləmənin əleyhinə çıxırlar. Peyvənd məntəqələrinə, həkimlərə və təhlükəsizlik qüvvələrinə hücum edən radikalların fikrincə, poliomielitlə bu cür mübarizə guya Qərbin “Uşaqları sterilizasiya etmək və İslam dəyərlərini sarsıtmaq” planının bir hissəsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts