Azərbaycan Özbəkistanla sənayedə tərəfdaşlığın təşviqini müzakirə edib

Tokio, 14 noyabr , /AJMEDIA/

Azərbaycan və Özbəkistan arasında sənaye sahəsində tərəfdaşlığın təşviqi müzakirə edilib.

AJMEDIA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında bildirib.

“Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyindəki məsələləri nəzərdən keçirdik. Görüşdə ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsini, Özbəkistanla ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrasını, birgə istehsalın, sənayedə tərəfdaşlığın təşviqini müzakirə etdik”, – deyə o, qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts