Yunanıstanda dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Tokio, 18 Noyabr, /AJMEDIA/

Yunanıstanın Epirus regionunun paytaxtı Yanina şəhərində Azərbaycanın Yunanıstandakı səfirliyinin təşəbbüsü və şəhər meriyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbir çərçivəsində dahi şairin əsərləri və xüsusilə Xəmsə əsərindən miniatürlərindən ibarət guşə də yaradılıb. Mərasimdə çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov şairin həyat və yaradıcılığı, “İskəndərnamə” poemasında bəhs olunan mühüm məqamlar barədə məlumat verib. Səfirlə yanaşı, tədbirdə Yanina şəhərinin meri Moses Elisaf, şəhərin mədəniyyət mərkəzinin direktoru da iştirak edib. Tədbirə onlayn qoşulan Yaxın Şərq və İslam araşdırmaları üzrə ekspert və politoloq Evangelis Venetis dahi şair barədə ətraflı məlumat verib, şairi orijinaldan oxuduğunu bildirib, “İskəndərnamə” poemasından olan hissələri səsləndirib.

Şərqin ən görkəmli filosoflarından biri kimi Nizami Gəncəvinin əsərlərinin xüsusiyyətləri, həmçinin yaradıcılığında qərb fəlsəfəsi, o cümlədən Sokrat, Aristotel, Heredot və digər filosoflardan təsirləndiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir iştirakçıları tərəfindən Nizaminin müxtəlif əsərlərində yer almış miniatürlərə böyük maraq göstərilib. Qeyd edək ki, miniatürlərdən ibarət sərgi-guşə artıq Yanina şəhərinin sakinləri üçün açıq elan edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts