Dünyaşöhrətli reperin üzüyü rekord məbləğə satılıb

Tokio, 27 iyul , /AJMEDIA/

Məşhur amerikalı reper Tupak Şakurun üzüyü hərracda rekord məbləğə satılıb.
AJMEDIA xarici KİV-lərə istinadla xəbər verir ki, 1996-cı ildə reperin xüsusi sifarişi ilə hazırlanan tac formalı üzük yeni sahibinə bir milyon dollara başa gəlib.
Üzüklə bərabər, T.Şakurun imzası olan altı məktub və “Trapped” sinqlının orijinal demo lenti daxil olmaqla, reperə məxsus digər şəxsi əşyalar da hərraca çıxarılıb.
Xatırladaq ki, dünyaşöhrətli reper T.Şakur 1996-cı ildə ABŞ-ın Las-Veqas şəhərində silahlı atışma nəticəsində 25 yaşında dünyasını dəyişib. Qısa müddətli karyerasına baxmayaraq, Tupak 75 milyon albom satışı ilə hip-hopun ən reytinqli reperinə çevrilib. O, həmçinin Şərq və Qərb reperləri arasında hip-hopun simvolu hesab olunur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts