Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu keçiriləcək

Tokio, 6 Dekabr, /AJMEDIA/

Dekabrın 11-də Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi, “IWS Azerbaijan” və “IWS Khatai Art Center”in təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş akvarel vorkşopu keçiriləcək.

AJMEDIA xəbər verir ki, tədbirdə, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Moda fakültəsinin tələbələrinin Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə həsr edilmiş geyim nümunələri nümayiş ediləcək. Vorkşopda iştirak edən rəssamlar isə istəklərinə görə bu əl işi olan geyim əsərlərini nümayiş etdirən modelləri naturadan çəkə biləcəklər.

İştirakçılar qeydiyyatdan keçmək üçün “İWS Azerbaijan”ın instaqram səhifəsinin direktinə öz əsərləri olan səhifələrinin linkini və ya 2-3 akvarel işlərini göndərə bilərlər.

Vorkşopda 18 yaşından yuxarı rəssamlar iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş rəssamlar özləri ilə boya, kağız və fırçalarını gətirməlidirlər. Molbertlər qalereya tərəfindən təqdim ediləcək.

Vorkşopda məqsəd akvarel sənətinin ölkəmizdə yayılması və inkişaf etməsidir. Akvarel vorkşopu rəssamların yaradıcı ünsiyyəti, təcrübə, bilik mübadiləsi, texnika incəlikləri ilə bir-biri ilə bölüşmələri məqsədilə keçirilir. Həmçinin hər kəs rəssamların iş prosesini seyr edə bilər, suallar verərək texnika ilə tanış ola bilər.

Ümumiyyətlə, vorkşop hər hansı sənətdə praktiki vərdişlərlə bölüşmək məqsədilə iş prosesini geniş auditoriya üçün nümayiş etdirmək deməkdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts