Heydər Əliyev Sarayında “Nizami” teleoperasının təqdimatı olub

Tokio, 23 dekabr, /AJMEDIA/

Heydər Əliyev Sarayında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar XX əsrin görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylinin “Nizami” teleoperasınının təqdimatı olub.

Sarayın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, layihədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və Rəqs Ansamblı da iştirak edib.

Layihənin ideya müəllifi Respublikanın Əməkdar artisti Ramil Qasımov, layihənin rəhbəri Xalq artisti Fərhad Bədəlbəyli, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu xoreoqrafı Əməkdar artist Ceyhun Qubadov və baş xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır . Teleoperada Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, həmçinin vokalçılar Rza Xosrovzadə, Elmir Rüstəmov, Mahir Tağızadə və Emin İsmayılov yer alıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts