Nizami Gəncəvinin zəngin irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib

Tokio, 30 mart , /AJMEDIA/

Şamaxıda “Məhsəti Şairlər Məclisi” İctimai Birliyinin və Şamaxı rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvinin ədəbi irsinin təbliği” mövzusunda tədbir keçirilib.

AJMEDIA-nın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova Nizami irsinin öyrənilməsi və tanıdılması baxımından bu cür tədbirlərin önəmli olduğunu söyləyib, mütəfəkkir şairin yaradıcılığının araşdırılmasının, gənc nəslə, uşaqlara aşılanmasının əhəmiyyətindən danışıb.

Çıxış edən İctimai Birliyin sədri Cavahir Qaraqızı, Xalq artisti, professor İlham Namiq Kamal, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının rektoru Tünzalə Yusifova dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən parlaq və zəngin irsindən söz açıblar.

Sonra iştirakçılara Şamaxı Xalq Teatrının, xanəndələrin və məktəblilərin ifasında Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış muğam və musiqili kompozisiyalar təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts