Nizami Gəncəvinin 880 illiyi Salonikidə də qeyd olunub

Tokio, 14 dekabr, /AJMEDIA/

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar həm ölkədə, həm də ölkəmizdən kənarda silsilə tədbirlər keçirilir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti “Nizami Gəncəvi İli” çərçivəsində Saloniki səhərində “Nizami Gəncəvi-880” adlı fotosərgi təşkil edib.

Tədbirdə yunan tarixçi-alimi Sokrat Angelidis tərəfindən Nizami irsinin yunanca təqdimatı keçirilib və 2022-ci təqvim ili üçün Nizaminin aforizmlərindən ibarət illik təqvimin nəşri təqdim olunub, küçə və yollarda braşuralar paylanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts