Mərkəzi Bankın Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirləri davam etdirilir

Tokio, 18 fevral, /AJMEDIA/

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin fevral və mart aylarında “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsi təşkil edilib.

AMB-dən AJMEDIA-ya bildirilib ki, ümumilikdə müsabiqəyə ölkə üzrə 7-14 yaş qrupundan olan 800 nəfərə yaxın məktəbli qatılıb. Məktəblilərin təqdim etdiyi inşa və rəsm nümunələri ekspertlər tərəfindən qiymətləndirildikdən sonra seçilmiş nümunələrin müəllifləri olan məktəblilər ilə “zoom” platformasında görüşlər keçirilib. Qaliblər müsabiqələrə təqdim etdikləri və onlayn görüşlər zamanı yazdıqları inşalara, həmçinin çəkdikləri rəsmlərə əsasən müəyyən edilib. Qaliblər və fərqlənən şagirdlər hədiyyələr və sertifikatlarla mükafatlandırılıb. Müsabiqə haqqında geniş məlumat yerli mediada və “Global Money Week” rəsmi veb-səhifəsində yayımlanıb. https://bizimpullar.az/news/detail/412; https://issuu.com/oecd-daf/docs/gmw_annual_report_2021_pages_view/s/13525798

Bunlarla yanaşı Nizami Gəncəvinin əsərlərindən iqtisadi motivli beytlər seçilərək inşa və rəsm müsabiqəsi üçün xüsusi yaradılan veb-səhifədə (https://nizami880.cbar.az/) yerləşdirilib. Müxtəlif auditoriyaların böyük marağını nəzərə alaraq Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlərin davamı olaraq dahi şairin iqtisadi motivli “Beytlər” toplusu kitabça şəklində nəşr edilib. “Beytlər” toplusu kitabxanalara göndəriləcək, habelə maliyyə savadlılığı mövzusuna həsr edilmiş müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyə olunacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts