Qazaxıstan paytaxtında “Nizamini oxuyaq” kitab-albomun və fotosərginin təqdimatı olub

Tokio, 14 dekabr, /AJMEDIA/

Qazaxıstan Birinci Prezidenti – Elbası Kitabxanasında “Nizamini oxuyaq” kitab-albomunun təqdimatı və eyniadlı fotosərginin açılışı olacaq.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Qazaxıstan Birinci Prezidenti – Elbası Kitabxanası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək.

Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən türk dünyası rəssamlarının Nizaminin əsərlərinə çəkdiyi rəsm əsərləri və miniatürlərindən ibarət ingilis dilində “Nizamini oxuyaq” kitab- albomu nəşr etmişdir.

Xatırladaq ki, adıçəkilən “Nizamini oxumaq” kitab-albomun və eyniadlı fotosərginin ilk təqdimatı cari il noyabrın 22- də Bakıda, dekabrın 8-də isə Bişkekdə keçirilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts