Muğam Mərkəzində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Tokio, 30 dekabr, /AJMEDIA/

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş növbəti konsert proqramı təqdim edilib.

AJMEDIA xəbər verir ki, Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert “Dünya musiqi incisi muğam” İctimai Birliyinin və AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə gerçəkləşib. Konsertdə ifaçıları tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi ansambl müşayiət edib.

Proqramda Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri, Çilənay Hüseynovanın ifasında sözləri Nizami Gəncəviyə məxsus “Sənsiz”, “Sevgili canan” romansları, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında “Çahargah” muğamı, Nizaminin qəzəllərinə bəstələnən “Şur”, “Segah” kompozisiyaları, “Qaragilə” xalq mahnısı ifa olunub, Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasında Nizami qəzəllərindən nümunələr oxunub.

Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts