Türkmənistanda qədim hidrotexniki qurğu bərpa edilir

Tokio, 6 noyabr , /AJMEDIA/

Türkmənistanda orta əsrlər dövründən qalmış, sərdabə deyilən hidrotexniki qurğu bərpa edilir. Bu nadir tarixi obyekt Aşqabadın yaxınlığında, Anau qalasının ərazisində yerləşir.
AJMEDIA ORİENT portalına istinadla xəbər verir ki, qədim dövrdə yerli sakinlər burada su və buz saxlayırdılar. Hazırda bu tikili torpaq altında qalıb. Alimlərin ehtimalına görə, onu XIV-XVI əsrlərdə, Teymurilər sülaləsinin hakimiyyəti dövründə inşa ediblər.
Maddi mədəniyyət abidələri olan sərdabələrin yaradılması şəhər həyatının inkişafı və karvan yollarının genişlənməsi ilə bağlı idi. Bu abidələrin öyrənilməsi tarixi-arxeoloji baxımdan maraq doğurur, onların inşa edilməsi texnologiyası isə müasir obyektlərin tikintisi zamanı praktiki əhəmiyyət kəsb edə bilər.
İndiyə qədər təqribən 1500 memarlıq abidəsi Türkmənistanın dövlət reyestrinə daxil edilib. Təkcə son onillikdə 46 tarixi-mədəni irs obyekti uçota alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts