Tokayev Sianda Qazaxıstan-Çin investisiya dəyirmi masasında iştirak edəcək

Tokio, 18 may , /AJMEDIA/

Bu gün Çinin Sian şəhərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Qazaxıstan-Çin investisiya dəyirmi masası keçiriləcək.

AJMEDIA xəbər verir ki, bu barədə “Kazinform” agentliyi Akordanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Tədbirdə SNPC, CITIC, SPIC, Sinopec, Asian Infrastructure Investment Bank, POWERCHINA, GENERTEC, COFCO, XCMG, JD Group, Sun Seven Star Investment Group, Xian Aiju Grain and Oil Industrial Group, Great Wall Motors, Chery, Huawei Technologies, Changan International Сorporation şirkətləri də iştirak edəcək.

Bu, Qazaxıstanda investisiya imkanları təqdim olunacaq Çin şirkətlərinin tam siyahısı deyil.

Qeyd edək ki, mayın 17-də Kasım-Jomart Tokayev Çinə dövlət səfərinə gəlib. Tokayevi Çin prezidenti Si Cinpin qarşılayıb. Çinə gəldikdən sonra Kasım-Jomart Tokayev və Si Cinpin arasında danışıqlar da baş tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts