Qazaxıstan parlamentinin aşağı palatası buraxılıb

Tokio, 19 yanvar , /AJMEDIA/

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Məclisinin (parlamentinin aşağı palatası) buraxılması barədə fərman imzalayıb. Eyni zamanda, prezidentin fərmanına əsasən, yerli nümayəndəliklərin səlahiyyətləri də dayandırılıb.
AJMEDIA Kazinform agentliyinə istinadla xəbər verir ki, Məclisə növbədənkənar seçkilər martın 19-na təyin olunub.
Fərmanda qeyd olunur ki, parlamentin aşağı palatasına və yerli nümayəndəliklərə növbədənkənar seçkilərin keçirilməsi vətəndaşların ümummilli referendumda dəstəklədiyi konstitusiya islahatlarının məntiqinə əsaslanır. Bundan sonra deputatlarının 70 faizi partiya siyahılarına əsasən, 30 faizi isə birmandatlı dairələrdən seçiləcək.
Qazaxıstan konstitusiyasına əsasən Məclis deputatlarının səlahiyyət müddəti beş ildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts