Madriddə Ümumdünya Turizm Təşkilatının yeni mənzil-qərargahı tikiləcək

Tokio, 17 Sentyabr, /AJMEDIA/

Madrid əvvəlki kimi turizmin dünya etalonu olacaq.

AJMEDIA xəbər verir ki, Madriddə Ümumdünya Turizm Təşkilatının (ÜTT) yeni mənzil-qərargahının tikintisinə 2022-ci ildə başlanılacaq. Memarların hesablamalarına görə, tikintiyə təqribən 15 ay sərf olunacaq.

Bu barədə İspaniyanın sənaye, ticarət və turizm naziri Reyes Maroto və ölkənin xarici işlər naziri Xose Manuel Albares ÜTT-nin Baş katibi Zurab Pololikaşvili və Madridin meri Xose Luis Martines-Almeyda ilə təşkilatın yeni mənzil-qərargahı üçün ayrılan yeri ziyarət etdikdən sonra birgə mətbuat konfransında bəyan ediblər.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ÜTT-nin İspaniya hüdudlarında kənara köçürülməsi kimi hər hansı fərziyyəni istisna edib, çünki təşkilatın mənzil-qərargahının ölkə ərazisində qalması Madrid üçün prioritet məsələdir.

Turizm məsələləri ilə məşğul olan əsas beynəlxalq təşkilat – ÜTT hamı üçün məsuliyyətli, dayanıqlı və əlçatan turizmin inkişafından ötrü 1975-ci ildə yaradılıb. Bir ildən sonra qurum BMT-yə birləşdirilib, daha sonra – 2003-cü ildə ixtisaslaşdırılmış agentliyə çevrilib. Yaradıldığı gündən mənzil-qərargahı Madriddə yerləşir, burada 152 əməkdaş fəaliyyət göstərir.

İspaniya özünün turizm sahəsinin bərpasına nikbinliklə ümid edir. Bu, ölkələr arasında səfərləri sadələşdirən vasitələrin təqdimatı ilə də bağlıdır. Belə ki, 24 milyondan artıq rəqəmsal COVID sertifikatı məhz İspaniyada verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts