Heydər Əliyev Beynəlxalq Aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Tokio, 1 aprel , /AJMEDIA/

Bakı hava limanı 2024-cü il martın 31-dən oktyabrın 26-dək (həmin gün də daxil olmaqla) yay cədvəlinə keçir.

Heydər Əliyev Beynəlxalq Aeroportundan AJMEDIA-ya bildirilib ki, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək. Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Körfəz ölkələrinə uçuşların tezliyi artırılıb.

Mart ayından etibarən Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın populyar istiqamətlərinə də reyslərin sayı artırılıb. Bununla yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.

Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts