AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

Tokio, 2 fevral , /AJMEDIA/

Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür.

AZAL-dan AJMEDIA-ya bildirilib ki, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən videotəlimat hazırlayıb. Videotəlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts