Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

Tokio, 20 aprel , /AJMEDIA/

Aprelin 19-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe arasında keçirilən görüşdə turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

Agentlikdən bildirilib ki, görüşdə sentyabr ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək “JATA Tourism Expo” sərgisində Azərbaycanın iştirakı və Yaponiyada ölkəmiz haqqında məlumatlılığın artırılması ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı tanınmış yaponiyalı serial və film mütəxəssisi Fukuzava Katsuonun may ayında respublikamıza səfər edərək, ölkəmizin görməli yerləri ilə tanış olması və turizm imkanlarını əks etdirən verilişlər hazırlaması təklif edilib.

Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts