Azərbaycanın turizm potensialı Vyanada beynəlxalq səyahət sərgisində nümayiş olunur

Tokio, 15 mart , /AJMEDIA/

Martın 14-17-də Vyananın aparıcı sərgi və konqres mərkəzində Avstriyanın “Ferien Messe Wien” (Vyana Tətil Yarmarkası) adlı ən iri səyahət sərgisi keçirilir.

AJMEDIA xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkəmiz sərgidə milli stendlə təmsil olunur. Stenddə sərgiyə gələn insanlara Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı barədə məlumat verilir, müvafiq buklet və suvenirlər paylanılır, turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilir, Azərbaycan şirniyyatları və içkilərinin dequstasiyası təşkil edilir. Sərgi iştirakçıları Azərbaycan turizm operatorlarından turistik səfərlər üçün birbaşa sifarişlər vermək imkanına da malikdirlər.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan dövlət Rəqs Ansamblının solistlərinin ifasında Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli və Azərbaycan Turizm Bürosunun idarə heyətinin sədri Florian Zenqstşmit iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts