Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tokio, 8 may , /AJMEDIA/

Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumu çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən Bolqarıstanın “Caspian Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqədar şəhadətnamə təqdim edilib.

AJMEDIA xəbər verir ki, Bolqarıstan şirkətinə şəhadətnamənin verilməsi ilə sənaye parkının rezidentlərinin sayı 41-ə çatıb.

“Caspian Lubricants Recycling” şirkəti sənaye parkının 2 hektar ərazisində istifadə olunmuş mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı layihəsini həyata keçirəcək. Layihənin investisiya dəyəri 13,1 milyon manat təşkil edir. Müəssisədə 54 daimi iş yeri yaradılacaq. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts