Turizm sektorunda peşəkar kadrların hazırlanması daim diqqətimizdədir

Tokio, 25 yanvar , /AJMEDIA/

Beynəlxalq təşkilatların turizm sahəsindəki treninqlərinin Azərbaycanda keçirilməsi və bizim üzvlərimizin bu kurslarda iştirakı ilə bağlı Assosiasiya olaraq 2022-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etdik. Onlar bizə dəstək oldular. 2022-ci ildə 135 nəfər bu kurslardan keçdi.

Bunu müsahibəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib.

Bu treninqlərin davam etdirilməsi üçün 2023-cü ildə də müraciət etdiklərini deyən G.Qəhrəmanov bu beynəlxalq kursların turizm sahəsində peşəkarlığın artırılması üçün həyata keçirildiyini vurğulayıb. “Biz Assosiasiya olaraq marağındayıq ki, bu sahədə çalışan peşəkar insanların sayı artsın. Çünki, xidməti göstərən, müştərilərlə birbaşa çalışan onlardır”, – deyə İdarə Heyətinin sədri əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts