AZAL Pakistanın daha bir böyük şəhərinə uçuşlara başlayır

Tokio, 26 yanvar , /AJMEDIA/

“Azərbaycan Hava Yolları” aviaşirkəti aprel ayından etibarən Pakistanın ən böyük şəhəri Kəraçiyə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

AJMEDIA xəbər verir ki, AZAL-ın Bakıdan Kəraçi şəhərinə ilk reysi aprelin 18-nə planlaşdırılıb. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.

Qeyd edək ki, hazırda aviaşirkət Pakistanın digər iki şəhərinə – İslamabad və Lahora uçuşlar həyata keçirir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts