Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

Tokio, 8 may , /AJMEDIA/

Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 65 sənəd imzalanıb.

AJMEDIA xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda investorlar üçün münbit şərait yaradılıb.

“Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir. Onlar əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar”, – deyə nazir müavini əlavə edib.

S.Məmmədov qeyd edib ki, Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır: “Bunun nəticəsidir ki, hər iki ölkə nəqliyyat və tranzit sahələrində də əməkdaşlıq edəcək. Biz Bolqarıstan şirkətlərini Qarabağın bərpa olunmasında iştirak etməyə dəvət edirik”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts