Bakı hava limanın ilk onluğunda olan uçuş istiqamətləri açıqlanıb

Tokio, 27 fevral , /AJMEDIA/

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətçiləri cəlb edən 10 ən populyar beynəlxalq istiqamətlərin siyahısını təqdim edib.

Heydər Əliyev Beynəlxalq Aeroportdan bildirilib ki, İstanbul zəngin tarixi, mədəni görməli yerləri və işgüzar səyahət imkanlarına görə Bakı hava limanının ən məşhur istiqamətlərindən biri olaraq qalır. AZAL, “Turkish Airlines” və “AnadoluJet” aviaşirkətləri bu istiqamətə gündəlik uçuşlar həyata keçirir.

Gürcüstanın paytaxtı Tbilisi mənzərəli məkanları, qonaqpərvərliyi və mədəni irsi ilə göz oxşayır. “Georgian Wings” və milli aviadaşıyıcı bu heyrətamiz şəhərə gündəlik uçuşlar təklif edir.

Sərnişinləri Yaxın Şərqin maraqlı istiqamətləri də cəlb edir. Dubayın dəbdəbəli vahəsindan Əbu-Dabinin mədəni zənginliyinə, Dohanın müasir göydələnlərindən tutmuş Şarjanın füsunkarlığına və Küveytin tarixi irsinə qədər bu istiqamətlərin hər biri unikal təcrübə vəd edir. Bura uçuşlar bir sıra aviaşirkətlər tərəfindən həyata keçirilir: AZAL, “FlyDubai”, “Wizz Air Abu Dhabi”, “Air Arabia Abu Dhabi”, “Air Arabia”, “Qatar Airways”, “Kuwait Airlines” və “Jazeera Airlines”.

Bundan əlavə, Ankara, Moskva və Sankt-Peterburq da səyyahların üstünlük verdiyi istiqamətlər sırasındadır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts