Sektor müdiri: Zəfər yolu turizm marşrutuna çevrilir

Tokio, 14 dekabr , /AJMEDIA/

Füzuli rayonundan Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir. Bununla bağlı konseptual layihə icra olunur.

AJMEDIA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.

Onun sözlərinə görə, məqsəd Zəfər yolu üzərində infrastruktur, iaşə obyektlərinin yaradılması, orada turistlərin dayanma-dincəlmə müddətlərini müəyyənləşdirməkdir”, – deyə Elgün Cavadov əlavə edib.

E.Cavadovun sözlərinə görə, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts