Baş katib: Azərbaycan regiona 18 milyondan çox turist cəlb etmək potensialına malikdir

Tokio, 4 dekabr , /AJMEDIA/

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan regiona gələn 18 milyondan çox beynəlxalq turisti cəlb etmək üçün böyük potensiala malikdir. Bu, kifayət deyil və potensialımızın cüzi bir hissəsidir. Biz bu rəqəmi artıra bilərik.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrov Noziri deyib.

Xusrov Noziri bildirib ki, Azərbaycanda son bir neçə il ərzində böyük uğurlar əldə olunub: “Bu il mənim Azərbaycana üçüncü və ya dördüncü səfərimdir və hər səfərimdə bütün sahələrdə, o cümlədən turizm sahəsindəki inkişafı görməkdən məmnunam. Bu gün Azərbaycana bu dəvətə və bizə belə bir gözəl imkan yaratdığına görə təşəkkürümü bildirmək istəyirəm. Tədbir zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin rəsmiləri ilə Azərbaycanda görüşmək və turizm sektoruna dair planlarımızı, proqramlarımızı və layihələrimizi müzakirə etmək imkanı yaranıb. Bu baxımdan Azərbaycanın bu təşəbbüsü əvəzsizdir”, – deyə İƏT-in Baş katibi vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts