Antalyada qolf turizmi sürətlə inkişaf edir

Tokio, 19 yanvar , /AJMEDIA/

Ekspertlər xarici turistlərin Antalyada qolfa böyük marağını qeyd edirlər.

Yayılmış məlumata görə, Antalyada 2023-cü ildə 6 qolf meydançasında 460 min raund oynanılıb. Belekdə müxtəlif ölkələrdən 120 minə yaxın qolfçu oynayıb.

Xatırladaq ki, regionda qolf meydançaları 1990-cı illərdə açılıb. Qolf meydançalarının genişləndirilməsi ilə otellərin sayı ilk illərdə 15-dən 50-yə qədər artıb.

Regionda işləyən sektorun nümayəndələri qeyd edirlər ki, qolf turizminin Belek turizm rayonuna ən böyük töhfəsi ilboyu turizmlə məşğul olmaq imkanıdır. Bildirilir ki, qolfsevərlərin əksəriyyəti Almaniya, Böyük Britaniya, Rusiya, Cənubi Koreya və Şərqi Avropa ölkələrindən gəlir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts