Turizm sənayesinin ən böyük problemlərindən biri mövsümiliyin olmasıdır

Tokio, 21 dekabr , /AJMEDIA/

Növbəti illərdə əsas məqsədimiz ölkəmizdə olan turizm məhsullarını şaxələndirmək və turizm sektorunda mövsümilik məsələsini azaltmaqdır.

AJMEDIA xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədrinin müavini Rəşad Əliyev Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” panelində çıxışı zamanı deyib.

R.Əliyevin sözlərinə görə, turizm sənayesinin ən böyük problemlərindən biri bu sahədə mövsümiliyin olmasıdır: “Yay və qış turizm mövsümləri çox qısa müddət olur. Daxili turizmi əsasən bayramlar canlandırır. Ondan sonrakı müddət isə Azərbaycan üçün qeyri-mövsümi dövr olur. Sağlamlıq turizmi elə sektordur ki, burada mövsümilik anlayışı yoxdur və ilboyu davam edən fəaliyyətdir. Bu, bizə o baxımdan kömək ola bilər ki, həm sağlamlıq turizmini inkişaf etdirək, həm də turizm sənayesində olan mövsümilik məsələsini həll edək”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts