AZAL Bakıdan Buxarestə müntəzəm uçuşlara başlayır

Tokio, 8 aprel , /AJMEDIA/

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə — bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.

AJMEDIA xəbər verir ki, AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.

Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda, Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir.

Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” aviaşirkəti Şərqi Avropanın daha bir böyük şəhərinə — Bolqarıstanın paytaxtı Sofiyaya uçuşları bərpa etməyi planlaşdırır. Bu istiqamətdə də reyslər həftədə iki dəfə yerinə yetiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts