Ötən ay Bakı, Səmərqənd və Daşkənd ən çox ziyarət edilən şəhərlər olub

Tokio, 20 fevral , /AJMEDIA/

Bu ilin ilk ayında Bakı, Səmərqənd və Daşkənd ən çox ziyarət edilən şəhərlər arasında yer alıb.

AJMEDIA Anadolu Agentliyinə istinadən xəbər verir ki, viza rahatlığı təqdim edən ölkələr səyahət həvəskarları arasında əhəmiyyətli dərəcədə məşhurlaşıb. 2022-ci illə müqayisədə ötən il turizm seçimlərində şəhər səyahətləri 52 faiz artımla seçilən istiqamətlərdən olub.

Paytaxt Bakı da ötən ay ən çox seçilən istiqamətlərdən biri olub. Şəhərin mərkəzində yer alan və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) siyahısında yerləşən İçərişəhər, qala divarları tağının içərisində yerləşdiyindən turistlərin diqqətini cəlb edib. Xəzər dənizinin sahilində yerləşən Bakıya aprel-oktyabr aylarında getmək tövsiyə olunub.

Özbəkistanın paytaxtı Daşkənd Mərkəzi Asiyanın ən böyük və mühüm şəhərlərindən biri kimi seçilir. Özbəkistanın inzibati, sənaye, iqtisadi və mədəni mərkəzlərindən biri olan Daşkənddə Əmir Teymur meydanı, Müstəqillik meydanı kimi mühüm nöqtələr şəhərin tarixi və siyasi izlərini daşıyır. Bölgədə əvvəllər mövcud olan İslam dini, türk və rus təsirləri şəhərin memarlığında öz əksini tapıb. Həm tarixə, həm də müasirliyə açıq pəncərə axtaranlar üçün Daşkənd kəşf olunmağı gözləyən bir tətil yeridir.

Səmərqənd tarixi zənginliyi, mədəni irsi və təbiəti ilə seçilən istirahət məkanı kimi səyahətçiləri gözləyir. Səmərqəndə səyahət edənlər məşhur “Registan” meydanında yerləşən mədrəsələri və tarixi binaları araşdırmaq imkanı əldə edirlər. Şəhərin küçələrində dolaşarkən Osmanlı və İslam memarlığı nümunələrinə rast gəlmək olar. Səmərqənd həm də tarixi məscidləri, minarələri və muzeyləri ilə tanınır.

Bundan başqa, şəhərin ətrafındakı dağlar, gölməçələr və yaşıl dərələr təbiətsevərlər üçün alternativdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts